Beynəlxalq Elmi Konfrans
10 İyul 2017

AZƏRBAYCAN  MİLLİ  ELMLƏR  AKADEMİYASI

Biologiya və Tibb Elmləri Bölməsi 

Dendrologiya İnstitutu  

Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyalarının (BEAA) təşkilatçılığı ilə MDB ölkələrinin Botanika Bağları Cəmiyyətinin IV Qurultayı “İqlim dəyişkənliyinin bitki biomüxtəlifliyinə təsiri” mövzusunda Beynəlxalq Elmi Konfrans

 

Birinci məlumat məktubu

 

HÖRMƏTLİ  HƏMKARLAR!

Sizi BEAA təşkilatçılığı ilə MDB ölkələrinin Botanika Bağları Cəmiyyətinin IV Qurultayı və “İqlim dəyişkənliyinin bitki biomüxtəlifliyinə təsiri” mövzusunda Beynəlxalq Elmi Konfransda iştirak etməyə dəvət edirik.

Qurultayın keçirilmə tarixi: 17-18 sentyabr 2017-ci il.

Konfransın keçirilmə tarixi: 19-21 sentyabr 2017-ci il.

Keçirilmə yeri: Azərbaycan Milli Elmlər Akademiyası Dendrologiya İnstitutu.

Ünvan: Azərbaycan, Bakı ş., Mərdəkan qəs., AZ 1044, S.Yesenin küç. 89. (konfrans_dendrary@mail.ru)

 

TƏŞKİLATÇILAR:

  • Azərbaycan Milli Elmlər Akademiyası Dendrologiya İnstitutu
  • Rusiya Elmər Akademiyası N.V.Sisin adına Baş Botanika Bağı
  • Belarusiya Milli Elmlər Akademiyası Mərkəzi Botanika Bağı
  • Qazaxıstan Milli Elmlər Akademiyası Baş Botanika Bağı
  • Qırğızıstan Respublikası Milli Elmlər Akademiyası Y.Z.Qareyev adına Botanika Bağı
  • Ukrayna Milli Elmlər Akademiyası N.N.Qrişko adına Beynəlxalq Botanika Bağı

 

QURULTAY VƏ KONFRANSIN TƏŞKİLAT KOMİTƏSİ:

  • Demidov Aleksandr Sergeyeviç -b.e.d., BEAA üzrə MDB ölkələrinin Botanika Bağları Cəmiyyətinin sədri (Rusiya)
  • Reşetnikov Vladimir Nikolayeviç -b. e.d., Belarusiya Botanika Bağları Cəmiyyətinin sədri, Belarusiya MEA-nın akademiki
  • Titok Vladimir Vladimiroviç — b.e.d., MDB ölkələrinin Botanika Bağları Cəmiyyətinin büro üzvü, Belarusiya MEA MBB-nın direktoru
  • Məmmədov Tofiq Sadıq oğlu -b. e.d., MDB ölkələrinin Botanika Bağları Cəmiyyətinin büro üzvü, AMEA Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü
  • Sitpayeva Gülnarə Tokbergenovna -be.d., MDB ölkələrinin Botanika Bağları Cəmiyyətinin büro üzvü, Qazaxıstan Botanika və Fitointroduksiya İnstitutunun baş direktoru
  • Axmatov Mədət Kenjebayeviç -b.e.d., Qırğızıstan MEA E.Z.Qoreev adına Botanika bağının direktoru
  • Koropaçinski İqor Yuryeviç -b. e.d., Rusiya EA Mərkəzi Sibir şöbəsinin Mərkəzi Botanika bağı
  • Zaimenko Natalya Vasilyevna -b. e.d., Ukrayna MEA M.M.Qrişko adına Milli Botanika bağının direktoru

 

BÖLMƏLƏR:

  1. Qlobal iqlim dəyişkənliyinin biomüxtəlifliyə və bioloji ehtiyatlara təsiri
  2. Ətraf mühit çirkləndiricilərinin iqlim dəyişkənliyinə təsiri
  3. İqlim dəyişkənliyinin növlərin yayılmasına təsiri
  4. Bitkilərin biomüxtəlifliyinin in vitro, in situ, ex situ şəraitində öyrənilməsi və biomüxtəlifliyin qorunmasının hüquqi-normativ bazası
  1. Təbii və antropogen amillərin biomüxtəlifliyə təsiri
  2. Biomüxtəlifliyin qorunma problemləri
  3. İqlim dəyişkənliyinin landşaft memarlığına təsiri

 

QURULTAY VƏ KONFRANSIN  DİLİ:

Azərbaycan, rus, ingilis

 

Məqalələrin son qəbul tarixi  — 31 iyul 2017-ci il

Son qeydiyyat tarixi     — 15 avqust 2017-ci il

 

MƏQALƏLƏRİN TƏRTİBAT QAYDALARI

1.Məqalənin həcmi: səhifə — 5-6, ölçü — 12, şrift — Times New Roman, interval -1, format — A4 World, sol tərəfdən — 3 sm, digər tərəflər — 2 sm.

2.Məqalənin adı böyük hərflərlə (şrift 14, qalın), müəlliflərin adları (şrift 12, qalın) yazılmalıdır.

3.Annotasiya rus və ingilis dilində 30-60 sözdən çox olmayaraq və açar sözlər (5-8 söz).

4.Cədvəllər, diaqramlar və qrafiklər aydın görünməli, sıra ilə nömrələnməlidir, şrift 11.

5.Məqalənin  tərtibatı: giriş, tədqiqatin məqsədi, materiallar və  metodlar, müzakirə və nəticələr, ədəbiyyat siyahisi (orijinal dildə).

6.E-mail: zemfira_abbasova@mail.rukonfrans_dendrary@mail.ru.

Konfransın mövzularına uyğun olmayan materiallar qəbul edilməyəcək.

 

QEYDİYYAT  FORMASI

Soyadı, adı, atasının adı (tam)  
İştirak  forması (əyani və ya qiyabi)  
Elmi dərəcəsi, elmi adı  
İş yeri  
Tutduğu vəzifə  
Poçt ünvanı  
Elektron poçt ünvanı  
Telefon  
Məruzənin adı  
Konfransın istiqaməti (bölmə)  


ƏLAQƏ NÖMRƏLƏRİ:

Tel: (+994 12) 4543012 , (+994 12) 4541500, (+994 12) 4546062  

Faks: (+994 12) 4540374

http://dendrologiya.az/?page_id=3060