Şöbə müdiri:

Biologiya üzrə fəlsəfə doktoru, dosent Qaraxani Pərvanə Xosrov qızı

Əsas fəaliyyət istiqamətləri
  • Herbarinin yeni materiallarla zənginləşdirilməsi, inventarlaşdırılması və inserasiya edilməsi Biomüxtəlifliyin müasir vəziyyətinin qiymətləndirilməsi;
  • Azərbaycanın sərvəti olan dəyərli herbari materiallarının müasir avadanlıqlar vasitəsilə rəqəmsallaşdırılır və Avropa Virtual Məlumat Bazasına daxil edilir.
  • İnstitut və Andrew W. Mellon Fondu (ABŞ) arasında imzalanmış Əməkdaşlıq haqqında Razılaşma əsasında İnstitut Qlobal Bitki Təşəbbüsünə (GPI) qoşulub və tarixdə ilk dəfə olaraq tip numunələri haqqında məlumatlar GPİ məlumat bazasına daxil edilir.
Əsas elmi nəticələri
  • Azərbaycan florasında yayılmış Zannichellliaceae fəsiləsinin yeni Althemia Petit cinsinin Althemia filiformis növü və A. filiformis ssp .betpakdalensis Tzvel. yarımnövü müəyyən olunmuşdur.
  • Azərbaycan florasında ilk dəfə olaraq elm üçün yeni Centaurea emiliae Hüseynova et Garakhani növü təsvir edilmişdir.
  • Azərbaycanın nadir endem növü İris Schelkownikowii Fomin. (İridaceae Lindl.) bitkisinin 75 il ərzində ilk dəfə olaraq yeni yayılma əraziləri aşkar edilmiş,təsnifatındakı mübahisəli məsələlər dəqiqləşdirilmişdir.
  • Azərbaycndan ilk dəfə Serratula coronata (Asteraceae) növü təsvir edilmişdir.
  • Talış (Yardimli) florasının erkən yaz və yay çiçəkli bitkilərinin taksonomik analizi aparılımışdır.
  • Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) arasında imzalanmış Əməkdaşlıq Protokolu üzrə Müştərək Proqram çərçivəsində qalib olan və Botanika İnstitutunda yerinə yetirilən “Azərbaycanın iqtisadi əhəmiyyətli bəzi yabanı meyvələri (Pruneae və Maleae tribaları Rosaceae) üzərində biomüxtəliflik və molekulyar araşdırmalar” layihəsinə start verilmişdir.
İşçilərin ümumi sayı 12
Tel. (+994 70) 242-31-99
Elektron poçtu p.garakhani62@mail.ru