Şöbə müdiri:

Biologiya üzrə elmlər doktoru Ağayeva Dilzarə Nadir qızı 

 
Əsas fəaliyyət istiqamətləri Klassik və eksperimental mikoloji tədqiqatların inkişaf tendensiyasına aşağıdakılar aiddir: müxtəlifliyin öyrənilməsi, növlərin yayılması üzrə məlumatların toplanması; elektron məlumat bazasının yaradılması; respublika ərazisində coğrafi bölgələr və taksonomik qruplar nəzərə alınmaqla məlumat siyahılarının hazırlanması, molekulyar bioloji yanaşmalardan istifadə etməklə patogen və mübahisəli növlərin statusunun müəyyənləşdi­ril­məsi, ekosistemdə tarazlığı pozan növ­lərin aşkar edilməsi və biologiyasının öyrə­nil­məsi, tibbi əhəmiyyətli, nadir və təhlükə altında olan növ­lərin müəyyən edilməsi, qorunmasına  dair təkliflərin işlənilməsi məsələlərini əhatə edir.
Əsas elmi nəticələri

Azərbaycanda quru ekosistemlərin, xüsusilə son illər Quba və Qusar rayonlarının mikobiotası tədqiq edilmiş, növ siyahıları hazırlanmışdır. Ağac, kol və ot bitkilərinin xəstəlik törədən patogen və potensial patogen göbələk növləri müəyyənləşdiril­mişdir.
Respublikada Cryphonectria parasitica göbələyinin popul­yasiyası fenotipik və gene­tik markerlərin köməyi ilə tədqiq edilmiş və göbələyin Avropada yayılanlardan fərqli vegetativ uyğunluq tipləri, cütləşmə tipləri və dominant genotipi müəyyən edilmişdir.
Azərbaycanda unlu şeh göbələkləri (Erysiphales) araşdırılmış, 134 növdən ibarət siyahı hazırlanmışdır. Tədqiqatlar nəticəsində Castanea sativa Mill. üzərində Erysiphe azerbaijanica Abasova, Aghayeva & S.Takam. və Lindera praecox L. üzərində Erysiphe linderae Abasova, & S.Takam. elm üçün yeni növlər olaraq təsvir edilmişdir.
Betulaceae, Berberidaceae, Fabaceae, Fagaceae, Oleaceae fəsilələrinə aid ümumilikdə altı növ sahib bitki üzərində Azərbaycan üçün altı yeni unlu şeh taksonu (Erysiphe arcuata, E. berberidis var. asiatica, E. corylacearum, E. quercicola, E. syringae-japonicaeE. viciae-unijugae) ilk dəfə olaraq qeydə alınmışdır.
Erysiphe quercicola göbələyi üçün Castanea sativa, E. viciae-unijugae üçün Lathyrus odorathus, E. berberidis var. asiatica üçün Berberis vulgaris, Erysiphe arcuata üçün Carpinus orientalis, Golovinomyces magnicellulatus var. magnicellulatus üçün Alcea roseaG. spadiceus üçün Polygonum alpinum dünyada yeni sahib bitkilər olaraq aşkar edilmişdir.
Azərbaycan üçün 24 yeni papaqlı göbələk taksonu aşkar edilmişdir.

 
İşçilərin ümumi sayı 11
Tel. (+994 12) 502 49 81
Elektron poçtu a_dilzara@yahoo.com