Monoqrafiyada çoxillik müşahidələr və tədqiqatlar əsasında Azərbaycanın əsas torpaq tiplərində süni və təbii radionuklidlərin əsas miqrasiya qanunauyğunluqları, həmçinin onların müxtəlif kənd təsərrüfatı bitkilərində toplanması işıqlandırılmışdır. 90Sr, 137Cs, 238U və 232Th-nin müxtəlif formalarının əsas torpaq tiplərində miqdarının nəticələrinə baxılmışdır. Bitkilərin 90Sr və 137Cs ilə mümkün çirklənmə proqnozu verilmiş, bitkiçilik məhsullarında süni və təbii radionuklidlərin toplanmasının azaldılmasına yönəlmiş tədbirlər nəzərdən keçirilmişdir.
Kitab radiobioloqlar, radioekoloqlar, elmi işçilər və radioloji xidmət işçiləri üçün nəzərdə tutulmuşdur.