Bitki fiziologiyası terminlərinin və anlayışlarının izahlı lüğəti” Azərbaycan dilində bizim tərəfimizdən ilk dəfə 1999-cu ildə nəşr olunmuşdur. Həmin lüğət 650 sözdən ibarət olmuşdur. Azərbaycan müstəqillik qazanandan sonra təhsilin latın qrafikası ilə aparılması sayəsində artıq ali və orta ixtisas təhsil mərkəzlərində çoxlu sayda mütəxəssis və tələbələr nəsli yetişmişdir ki, bu latın qrafikası ilə yeni terminlər lüğətinin nəşrini vacib edir. Həmin lüğətə (1999) yenidən 250-dən artıq yeni terminlər əlavə edilmiş, bütün termin və anlayışlar Azərbaycan, rus və ingilis dilində, açıqlamalar isə azərbaycan dilində verilmişdir. Lüğətdəki terminlər bitki fiziologiyası ilə uzlaşan biokimya, mikrobiologiya, botanika, genetika, biofizika, sitologiya, molekulyar biologiya kimi elm sahələrini əhatə etdiyi üçün ondan istifadəni təkcə bitki fizioloqları üçün deyil, biologiya elminin digər sahələrində çalışan mütəxəssislər üçün də mümkün edəcəkdir.