Layihənin əhatə etdiyi il:

2013-2015      Memorandum
Maliyyə dəstəyi göstərən təşkilat:

Kew Kral Botanika Bağı

Layihənin adı:

Qafqaz florasının qorunması: Azərbaycanın yabanı bitki növlərinin toxumlarının toplanılması

Layihənin məqsədi:

Azərbaycan florasının yabanı bitki növlərinin ex situ mühafizəsinin təşkil edilməsi və genetik müxtəlifliyin qorunması baxımından prioritet (nadir, təhlükə altında olan və iqtisadi əhəmiyyətli) növlərinin toxumlarının toplanması və onların qısa- və uzunmüddətli saxlanması

Layihə üzrə əldə olunmuş nəticə

Toxum kolleksiyalarından müxtəlif tədqiqat layihələri, fitomüxtəlifliyin ex situ mühafizəsi, təbii fitosenozların və ekosistemlərin bərpası, prioritet (nadir, təhlükə altında olan və iqtisadi əhəmiyyətli) yabanı bitki növlərinin toxum fiziologiyasının və embriologiyasının öyrənilməsi, nadir, nəsli kəsilməkdə olan və endem bitki növlərinin uzunmüddətli mühafizəsi üçün istifadə edilməsi

   
Layihənin əhatə etdiyi il:

2016-2019      Memorandum

Maliyyə dəstəyi göstərən təşkilat:

RE Qarfild Veston

Layihənin adı:

RE Qarfild Veston Qlobal Ağac Toxum Bankı Layihəsi

Layihənin məqsədi:

Azərbaycan florasının yabanı bitki növlərinin ex situ mühafizəsinin təşkil edilməsi və genetik müxtəlifliyin qorunması baxımından prioritet (nadir, təhlükə altında olan və iqtisadi əhəmiyyətli) ağac növlərinin toxumlarının toplanması və onların qısa- və uzunmüddətli saxlanması

Layihə üzrə əldə olunmuş nəticə  Toxum kolleksiyalarından müxtəlif tədqiqat layihələri, fitomüxtəlifliyin ex situ mühafizəsi, təbii fitosenozların və ekosistemlərin bərpası, prioritet (nadir, təhlükə altında olan və iqtisadi əhəmiyyətli) yabanı bitki növlərinin toxum fiziologiyasının və embriologiyasının öyrənilməsi, nadir, nəsli kəsilməkdə olan və endem bitki növlərinin uzunmüddətli mühafizəsi üçün istifadə edilməsi