Arxiv
Ümumdünya Mülki Müdafə Günü ilə əlaqədar tədbir keçirilib
01.03.2017

     Bugün AMEA Botanika İnstitutunda 1 mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib.

     Tədbiri İnstitutun elmi işlər üzrə direktor müavini, b.e.d. Eldar Novruzov açaraq Ümumdünya Mülki Müdafiə Gününün yaranma tarixi, məqsəd və vəzifələri barədə ətraflı məlumat verib. Qeyd etdi ki, Azərbaycan Respublikası1993-cü ildən Beynəlxalq Mülki Müdafiə Təşkilatına üzvdür.

     İnstitutun MM qərargahının rəisi Nazim Xəlilov “Mülki Müdafiənin fəlakətlərə qarşı mübarizədə rolu” mövzusunda məruzə ilə çıxış edib. O, məruzəsində FHN-in əhalinin fövqəladə hallardan qorunması və mülki müdafiə sahəsində fəaliyyətləri haqqında danışaraq, mülki müdafiənin məqsədi, təşkil edilməsi prinsipləri, mülki müdafiə sahəsində dövlətin vəzifələri, hüquqi şəxslərin vəzifələri, vətəndaşın hüquq və vəzifələrinə toxunub. Qeyd edib ki, baş verə biləcək hər hansı bir kütləvi təhlükə zamanı əhalinin xəbərdar edilməsi, on­lara fərdi mü­hafizə vasitələrinin paylanması və təhlükəsiz sığınacaqlarda yerləşdiril­məsi Mülki Mü­dafiənin başlıca vəzifəsidir.

     Tədbirdə müəssisənin mülki müdafiə dəstələrinin üzvləri təbii fəlakətlər, istehsalat qəzaları və fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə əlaqədar özlərinin yerinə yetirməli olduqları işləri, bu sahədə əldə etdikləri vərdişləri nümayiş etdiriblər.