Arxiv
Rusiyalı botaniklər AMEA Botanika İnstitutunda elmi ezamiyyətdı olub
05.06.2017

     Rusiya Elmlər Akademiyası Daxili Sular İnstitutunun “Su bitkilərinin sistematikası və coğrafiyası” laboratoriyasının müdiri, b.ü.e.d. Kulikovskiy Maksim Serqeyeviç və böyük elmi işçisi, b.ü.f.d. Malçev Yevgeniy İvanoviç AMEA Botanika İnstitutunda elmi ezamiyyətdə olub. İnstitutunun direktoru, akademik Validə Əlizadə, Alqologiya və lixenobriologiya şöbəsinin müdiri, b.ü.f.d. Şəkər Muxtarovanın iştirakı ilə keçən görüşdə elmi əməkdaşlıq əlaqələrinin qurulması və Alqologiya sahəsi üzrə müştərək tədqiqatların aparılması perspektivləri müzakirə olunub. Qonaqlar Botanika İnstitutunun alqotekasında saxlanılan Azərbaycanın kontinental və dəniz yosun nümunələri ilə tanış olub, qarşılıqlı təcrübə mübadiləsi aparıblar. 
     Səfər müddətində İnstitutda “Azərbaycanın və Rusiyanın bitki müxtəlifliyinin tədqiqinə müasir yanaşmalar” adlı seminar keçirilib. Seminarda M.S.Kulikovskiy və E.S.Malçev “Rusiya ərazisinin diatom yosunları” mövzusunda məruzə edibər. Rusiyalı alimlərin bu mövzu üzrə apardıqları tədqiqat işlərindən bəhs edən video-rolik numayiş olunub. Azərbaycanlı və Rusiyalı mütəxəssislər mövzu ətrafında geniş müzakirə aparıblar.