Arxiv
“Multikulturalizm” jurnalının ikinci nömrəsi işıq üzü görüb
06.09.2017

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, AMEA və Azərbaycan Yaradıcılıq Fondunun birgə nəşri olan “Multikulturalizm” jurnalının 2017-ci il üçün ikinci nömrəsi işıq üzü görüb.

Jurnalda Prezident İlham Əliyevin Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbriki, dövlət başçısının IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki nitqi, Birinci vitse-prezident Mehriban Əliyevanın nitqi və forum iştirakçılarının çıxışlarından parçalar çap edilib.

“Azərbaycançılıq” bölməsində mayın 10-da Almaniyanın Auqsburq şəhərində “Azərbaycanın Gənc Dostları Klubu”nun təşəbbüsü, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Auqsburq Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan multikulturalizminin siyasi banisi, ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunan “Heydər Əliyev-gənclik-multikulturalizm” mövzusunda keçirilən ikigünlük beynəlxalq nəzəri-praktik konfransın gündəliyi verilib.

“İslam Həmrəyliyi İli”, “Çoxmədəniyyətlilik”, “Qürbətdən görünən vətən”, “Azərbaycan əcnəbilərin gözü ilə” və digər rubrikalarda rəngarəng yazılar, maraqlı müsahibələr yer alıb.

Jurnalın budəfəki “Region” əlavəsi Naxçıvan bölgəsinin qələm adamlarına həsr olunub.

http://science.gov.az