Arxiv
Botanika İnstitutu IUFRO tədbirlərinə qatılır
11.09.2017

     AMEA Botanika institutunun laboratoriya müdiri, b.e.d. Dilzarə Ağayeva 11-15 sentryabr 2017-ci il tarixlərində Yunanıstanın Saloniki şəhərində keçirilən Beynəlxalq Meşə Tədqiqatları Təşkilatı Birliyinin Dəyişən ətraf mühitdə meşə həşəratları və patogenləri: ekologiya, monitorinq və genetika  işçi qruplarının birgə təşkilatçılığı ilə həyata keçirilən beynəlxalq tədbirdə iştirak edəcək. Tədbirin məqsədi dəyişən ətraf mühitdə meşə entomologiyası və patologiyası sahəsində müxtəlif mövzulu tədqiqatları bir araya gətirmək, ekologiyadan filogeniyayadək, monitorinq və idarəetmədən meşə həşəratları və patogenlərinin populyasiya dinamikasınadək məsələlərin dinlənilməsi və hər bir iştirakçının apardığı tədqiqat işlərinin ətraflı müzakirəsi üçün əlverişli şəraiti yaratmaqdır.
     D.N.Ağayeva tədbirdə məruzəçi və modertor qismində iştirak edəcək.
     Səfərin maliyyə dəstəyi Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondudur.