Arxiv
AMEA Botanika İnstitutunda Azad Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki yığıncağı keçirildi
27.09.2017

     25 sentyabr 2017- ci il tarixində AMEA Botanika İnstitutunda Azad Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki yığıncağı keçirildi.

     Yığıncaqda Botanika İnstitutu Həmkarlar İttifaqı Komitəsinin 2013-2017-ci illər ərzindəki fəaliyyəti haqqında hesabat məruzəsi dinlənildi. Həmkarlar İttifaqı Komitəsinin sədri, b.ü.f.d. Oktay Mirzəyev hesabat məruzəsində fəaliyyət göstərədiyi dövrlər ərzində qurumun fəaliyyətinə məsuliyyətlə yanaşmış, əməkdaşların əmək və əməklə bağlı digər sosial hüquqlarının müdafiə olunması sahəsində əməli işlər gördüyünü vurğuladı. İnstitut  əməkdaşları çıxış edərək öz təklif və fikirlərini bölüşüblər. AMEA Azad Həmkarlar İttifaqı tərəfindən səmərəli elmi fəaliyyətinə və Həmkarlar Təşkilatında göstərdiyi xidmətlərinə görə O.Mirzəyev Fəxri Fərmanla təltif olundu.

     Sonda açıq səs vermə yolu ilə Həmkarlar İttifaqı Komitəsinin yeni heyət üzvləri və Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsinə İnstitutun əməkdaşı,  b.ü.f.d. Şəkər Muxtarova seçildi.