Arxiv
"Sərvlərin bioekoloji və rentgenoloji xüsusiyyətləri" kitabı çapdan çıxdı
01.12.2017

     Mərkəzi Nəbatat Bağının Bitkilərin Mühafizəsi və Monitoriqi laboratoriyasının baş elmi işçisi, AMEA-nın müxbir üzvü Maqsud Qurbanov və Mərkəzi Nəbatat Bağının direktor vəzifəsini i.e., b.ü.f.d., dosent Vahid Fərzəliyevin "Sərvlərin bioekoloji və rentgenoloji xüsusiyyətləri" adlı kitabı çapdan çıxıb. Kitabda müxtəlif zaman kəsiklərində Abşeron yarımadasına introduksiya edilmiş sərv növlərinin bioekoloji, rentgenoloji xüsusiyyətləri işıqlandırılmışdır.

      Həmçinin, bu əsərdə sərvlərin biomorfoloji əlamət və xüsusiyyətləri əsasında tərtib edilmiş hərfli-rəqəmsal politomik təyinat açarı və onun tətbiqinin müsbət nəticələri öz əksini tapmışdır. Eyni zamanda toxumların müqayisəli həyatiliyi, orta inkişaf sinfi və morfostrukturunun rentgenoqrafiki təhlili də verilmişdir

     Kitab botaniklər, introduktorlar, biomüxtəliflik üzrə mütəxəssislər, biologiya və aqrar elmləri ixtisasları üzrə müəllim və tələbələr üçün nəzərdə tutulmuşdur.