Arxiv
Dünya şöhrətli alim Vahid Hacıyevin xatirəsi anılıb
14.02.2018

     Respublikamızda və beynəlxalq elm aləmində tanınmış görkəmli botanik, istedadlı pedaqoq, uzun illər (1988-2008) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutuna rəhbərlik etmiş biologiya elmləri doktoru, “Şöhrət” ordenli akademik Vahid Hacıyevin anadan olmasından 90 il ötür. Botanika İnstitutunun kollektivi görkəmli alminin əziz xatirəsini II Fəxri xiyabanda ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.