Arxiv
Botanika İnstitutunda Ümumdünya Mülki Müdafə Günü ilə əlaqədar tədbir keçirilib
01.03.2018

     Bugün AMEA Botanika İnstitutunda 1 mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib.

     İnstitutun MM qərargahının rəisi Nazim Xəlilov məruzəsində FHN-in əhalinin fövqəladə hallardan qorunması və mülki müdafiə sahəsində fəaliyyətləri haqqında danışaraq, mülki müdafiənin məqsədi, təşkil edilməsi prinsipləri, mülki müdafiə sahəsində dövlətin vəzifələri, hüquqi şəxslərin vəzifələri, vətəndaşın hüquq və vəzifələrinə toxunub. Qeyd edib ki, baş verə biləcək hər hansı bir kütləvi təhlükə zamanı əhalinin xəbərdar edilməsi, on­lara fərdi mü­hafizə vasitələrinin paylanması və təhlükəsiz sığınacaqlarda yerləşdiril­məsi Mülki Mü­dafiənin başlıca vəzifəsidir.

     Tədbirdə müəssisənin mülki müdafiə dəstələrinin üzvləri təbii fəlakətlər, istehsalat qəzaları və fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə əlaqədar özlərinin yerinə yetirməli olduqları işləri, bu sahədə əldə etdikləri vərdişləri nümayiş etdiriblər.