Arxiv
Qazaxıstanlı alimlər Botanika İnstitutunda olublar
27.04.2018

     Qazaxıstanın Manqışlaq Eksperimental Botanika Bağının nümayəndə heyəti AMEA-nın Botanika İnstitutunda olub.
     İnstitutun direktoru, akademik Validə Əli-zadə qonaqlarla İnstitutun elmi tədqiqat işlərindən, infrastrukturunun dəyişilməsindən və həyata keçirdiyi layihələrdən söhbət aparıb. Qonaqlar İnstitutun Botanika Muzeyi, Herbari Fondu və müasir laboratoriyaları ilə tanış olublar. Onlara Herbari Fondunda saxlanılan yerli və xarici floraya aid herbari nümunələrinin Avropa Məlumat Bazasına və Dünya Florasına daxil edilməsi üzrə aparılan fəaliyyət haqqında məlumat verilib.