Arxiv
AMEA Botanika İnstitutunun gənc tədqiqatçıları beynəlxalq simpoziumda iştirak ediblər
10.05.2018

        16 - 19 aprel 2018-ci il tarixlərində AMEA Botanika İnstitutunun doktorantı Aytən Fətdayeva və magistrantı Lalə İsgəndərova Almatı şəhərində (Qazaxıstan) keçrilən “Between Europe and the Orient”  adlı  simpoziumda iştirak ediblər. Volksvagen Fondunun dəstəyi ilə təşkil olunan simpoziumun məqsədi Mərkəzi Asiya və Qafqazda təbii və ictimai elmlər üzrə maliyyələşdirilən layihələrdə iştirak edən gənc tədqiqatçıları və alimləri bir araya toplamaq, qarşılıqlı fikir mübadiləsinin aparılmasına şərait yaratmaq idi.
     Tədbir çərçivəsində müvafiq seksiyalar üzrə 18 şifahi məruzələr dinlənilib.  Berlin Botanika Bağı və Botanika Muzeyinin (BGBM, Almaniya) direktoru prof. Dr. Thomas Borschun “Cənubi Qafqazda bitki müxtəlifliyinin mühafizəsi üsullarının hazırlanması” proqramı üzrə Scutellaria L., Pyrus L. və Campanula L. bitki cinslərinin öyrənilməsi, onların filogenetik mənşəyini müəyyən etmək üzrə aparılan müasir tədqiqat işlərinə dair məruzəsi xüsusi maraq kəsb edib.
    Simpoziumda gənc tədqiqatçıların və digər alimlərin də iştirak etdiyi 50-dən çox poster-məruzəsi dinlənilib və sərgilənib. Botanika İnstitutunun alimlərinin həmmüəllif olduqları “Azərbaycan və qonşu ölkələrdə Scutellaria-nın (Lamiaceae) müxtəlifliyi və təkamülü” və  “Herbari infrastrukturunun inkişafı və mühafizəsi” mövzusunda poster-məruzəsi uğurla təqdim olunub.
      Sonda iştirakçılara sertifikat verilib.