Arxiv
İnstitutda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunub
25.05.2018

     Botanika İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən tədbir keçirilib.

     Tədbiridə İnstitutun elmi işlər üzrə direktor müavini, b.ü.e.d. Eldar Novruzov xalqımızın dövlətçilik tarixində misilsiz rolu olan ilk demokratik, parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyəti barədə məlumat verib. Qeyd edib ki, Xalqımızın milli oyanışını və dirçəlişini təcəssüm etdirən, Azərbaycanın milli dövlətçilik ənənələrini daha da zənginləşdirən Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, tariximizdə silinməz iz buraxıb. Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin daxilində və xaricində yaranmış gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərib. AXC  mövcud olduğu qısa müddətdə demokratik dövlət və ordu quruculuğu, iqtisadiyyat, təhsil, aqrar və digər sahələrdə mühüm islahatlar həyata keçirib.1918-ci il mayin 28 də Tiflisdə elan olunmuş  İstiqlal Bəyannaməsini diqqətə çatdıran alim Müstəqil Azərbaycan Respublikasının AXC-nin siyasi və mənəvi varisi olduğunu vurğulayib.

     İnstitutun ümumi işlər üzrə direltor müavini, İmran Babayev İstiqlal banisi, AXC-nin qurucusu olan Məmmədəmin Rəsulzadənin Azərbaycan və Türk dünyası üçün xidmətlərindən danışıb.

Sonda Cümhuriyyət dövrü ilə bağlı tarixi kadrları özündə əks etdirən videoçarx nümayiş olunub.