Arxiv
Türkiyəli alim Botanika İnstitutunda olub
04.06.2018

      Türkiyənin Ege Universitetinin Botanika departamentinin nümayəndəsi, Prof, Dr. Münir Öztürk AMEA Botanika İnstitutunun qonağı oldu. İnstitutun direktoru, akademik Validə Əlizadə, Ekosistemlərin fitososiologiyası laboratoriyasının müdiri, b.ü.e.d. Naibə Mehtiyeva və Təhsil şöbəsinin müdiri, b.ü.f.d. Rəşad Səlimovun iştirakı ilə keçən görüşdə qonağa İnstitutun elmi-tədqiqat istiqamətləri, beynəlxalq əlaqələri haqqında məlumat verildi. Əməkdaşlıq əlaqələrinin qurulması perspektivləri müzakirə olundu.

      Bitki müxtəlifliyi üzrə aparılan elmi tədqiqat işləri ilə yaxından tanış olan qonaq əməkdaşlıq imkanlarını yüksək qiymətləndirərək qarşılıqlı kadr və təcrübə mübadiləsi imkanlarının olduğunu vurğuladı.