Arxiv
Magistraturaya qəbul üçün keçirilən müsabiqənin nəticələri açıqlanıb
25.06.2018

     Dövlət İmtahan Mərkəzi (DİM) 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına müsabiqənin nəticələrini elan edib.

     Müsabiqənin nəticələri mərkəzin internet saytında yerləşdirilib.

     Qəbul olunanların siyahısı “Magistr” jurnalının 5-ci sayında dərc olunacaq.

     Müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 7293 bakalavrdan 6388-i respublika ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub. 

     Bundan əlavə, 6 bakalavr idman sahəsi üzrə, 2 bakalavr isə incəsənət sahəsi üzrə beynəlxalq yarışların və müsabiqələrin qalibi olduğu üçün magistratura səviyyəsinin müvafiq ixtisaslarına müsabiqədənkənar qəbul olunub.

www.science.gov.az