Arxiv
Azərbaycanın invaziv florasına dair ilk məlumatlar dərc olunmuşdur
21.09.2018

     Son illərdə iqlim şəraitinin dəyişilməsi ilə əlaqədar dünya florasında, o cümlədən Azərbaycanda invaziv (yad, kənardangəlmə) növlərin  sürətli, geniş miqyaslı artımı və miqrasiyası müşahidə edilir. Bu təbii ekosistemlərdə ciddi dəyişikliklərə səbəb olaraq, ölkənin ekoloji təhlükəsizliyinə zərbə vurur.
    Azərbaycanda invaziv bitkilərin yayılmasına dair ilk ətraflı məlumat AMEA Botanika İnstitutunun aparıcı elmi işçisi, dosent Rəna Abdıyevanın kitabında təqdim edilir. Bu kitabda fitoinvaziv problemlər haqda ümumi məlumat və ilk öncə tədqiqi və monitorinqi tələb olunan 64 yad bitki növlərinin “qara siyahısı” təqdim olunur. Hər bir növün yerli adı, ilkin arealı, ölkənin botaniki-coğrafi bölgələrində yayılması göstərilir. Bu bitkilərin biologiyası və ekologiyası, habelə Azərbaycanda invaziv statusu ilə bağlı bəzi məlumatlar da təqdim edilir.