Arxiv
AMEA ilə “Turkish Aerospace” şirkəti arasında əməkdaşlıq haqqında protokol imzalanıb
26.09.2018

     Sentyabrın 25-də AMEA ilə “Turkish Aerospace” şirkəti arasında əməkdaşlıq haqqında protokol imzalanıb.

     Sənədi AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev və “Turkish Aerospace” şirkətinin insan resursları üzrə vitse-prezidenti Mustafa Akkurt imzalayıblar.

     Protokolun imzalanmasının məqsədi AMEA-nın nəzdində akademik proqramlar vasitəsilə müdafiə və aviasiya sahəsində davamlı əməkdaşlığın qurulması, təcrübə mübadiləsi əsasında tədqiqat və inkişaf üzrə fəaliyyətin sürətləndirilməsidir. Sənəd, həmçinin əməkdaşlıq elmi-tədqiqat və innovasiya sahələrində iş birliyinin möhkəmləndirilməsi, layihə və inkişaf proqramlarının reallaşdırılması, qarşılıqlı məsləhət və xidmətlərin təşkili, eləcə də birgə elmi-praktik görüşlərin keçirilməsinə xidmət edəcək.

http://science.gov.az