Arxiv
2019-cu il üçün magistraturaya qəbul imtahanlarının tarixləri elan edilib
19.12.2018

     2019-cu ildə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilməsi nəzərdə tutulan qəbul imtahanlarının tarixləri müəyyənləşib.
     Belə ki, gələn il ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının I mərhələsi fevralın 24-də, II mərhələsi mayın 26-da keçiriləcək.
     Fevralın 3-də isə magistraturaya qəbul olmaq istəyənlər üçün imtahanın I mərhələsi üzrə sınaq imtahanı keçiriləcək.