AMEA Botanika İnstitutu və Azərbaycan Botaniklər Cəmiyyəti akademik V.İ.Ulyanişevin 120 illiyinə həsr edilmiş Simpozium keçirəcəkdir
20 Sentyabr 2018

 AMEA Botanika İnstitutu və Azərbaycan Botaniklər Cəmiyyəti akademik V.İ.Ulyanişevin 120 illiyinə həsr edilmiş Simpozium keçirəcəkdir. 

 Simpoziumun tezisləri 20 sentyabr 2018-ci il tarixindən qəbul edilir.

Simpoziumda iştirak etmək arzusunda olanlara tezisləri 20 oktyabr 2018-ci il tarixindən gec olmamaqla [email protected]  göndərmək tövsiyə olunur.

Simpoziumun keçirilmə tarixi: 25 dekabr 2018-ci il.

 

 

YAZI QAYDALARI

    Tezis 1 səhifədə (A4), kənarlardan 25 mm boşluq buraxılmaqla tərtib edilməlidir. Tezisin mətni 400 sözdən çox olmamalı, bir paraqraf şəklində “Times New Roman” şrifti, 12 keql ilə yazılmalı, sətirarası 1 interval olmaqla hazırlanmalıdır. Tezis Abzassız, sola istiqamətlənmiş şəkildə tərtib edilməlidir. Göndərilən tezis word.doc formatında saxlanılmalıdır.

 Simpoziuma göndərilən tezislərin strukturu aşağıdakı kimi olmalıdır:

  1. Tezisin adı (yağlı),
  2. Müəllif(lər)in adı, soyadı, atasının adı (sadə),
  3. Müəssisənin adı (tam şəkildə), şəhər,ölkə, tezis üçün məsul müəllifin elektron poçtunun ünvanı,

(Müəllif(lər) müxtəlif elmi müəssisələrdən olduğu təqdirdə, hər bir müəssisə yuxarı registrdə rəqəmlərlə ifadə edilməlidir. Müəlliflərin adları yalnız bir tezisdə birinci göstərilə bilər).

  1. Açar sözlər: 5 söz və ya söz birləşməsi,
  2. Tezisin mətni aşağıdakı hissələri ehtiva etməlidir: Giriş, Tədqiqat metodu, Tədqiqatın nəticəsi və müzakirəsi, İstinad (ehtiyac olduğu təqdirdə 2-3 ədəbiyyat),
  3. Tezislərdə elmi yenilik, səmərəlilik və faydalılıq olmalıdır. Simpoziuma göndərilən tezislər elmi heyət tərəfindən qiymətləndiriləcək və seçiləcəkdir,
  4. Tezislər azərbaycan, ingilis və ya rus dillərində təqdim edilə bilər.
  5. Tezislərin qəbulu üçün son tarix: 20 oktyabr 2018-ci ildir. Tezislər [email protected] elektron ünvanına göndərilməlidir.

 Simpoziumun tematikası:

  • Mikologiyanın müasir problemləri, göbələklərin tədqiqində inteqrativ yanaşmalar
  • Botaniki axtarışlar: sistematika, təkamül və ekoloji tədqiqatlarda yeni çağırışlar
  • Yerli floranın ehtiyatları: səmərəli istifadəsi və mühafizə strategiyası
  • Eksperimental botanika sahəsində mühüm məsələlər (bitki fiziologiyası, biokimya və biofizika)
  • Sahələrarası tədqiqatlar

  

Nümunə        

 Göbələklərin tədqiqində yeni yanaşmalar

Lamiyə B. Abasova1, Elgün H.Mustafabəyli2

1AMEA Botanika İnstitutu, Badamdar şossesi 40, Bakı, Azərbaycan

2Azərbaycan Dövlət Tibb Universiteti, Səməd Vurgun 167, Bakı, Azərbaycan

[email protected]

 

Açar sözlər: biomüxtəliflik, ex situ, mühafizə, ultrastruktur, DNT ardıcıllığı

 

Tezsisin mətni

 

Lazım olduğu halda müəllif Minnətdarlıq qeyd edə bilər.