Akademik Aleksandr Alfonsoviç Qrossheymin 130 illiyinə həsr edilmiş Konfrans keçiriləcək
20 Noyabr 2019

 AMEA Botanika İnstitutu və Azərbaycan Botaniklər Cəmiyyəti 

akademik Aleksandr Alfonsoviç Qrossheymin 130 illiyinə

həsr olunmuş "Müasir botanikada innovasiya və ənənələr" mövzusunda gənc alim və  mütəxəssislər üçün Konfrans keçirəcəkdir.

Konfransın tezisləri 20 noyabr 2019-cu il tarixindən qəbul edilir.

Konfransda iştirak etmək üçün tezislərin

08 dekabr 2019-cu il tarixinədək

[email protected] ünvanına göndərməsi tövsiyə olunur.

Konfransın keçirilmə tarixi: 17 dekabr 2019-cu il

 

Tezislər yaşı 45-ə dək olan gənc tədqiqatçılardan qəbul olunacaq.

Tezisin tərtib olunma qaydası: 

Tezis 1 səhifədə (A4), kənarlardan 25 mm boşluq buraxılmaqla tərtib edilməlidir. Tezisin mətni 400 sözdən çox olmamalı, bir paraqraf şəklində “Times New Roman” şrifti, 12 keql ilə yazılmalı, sətirarası 1 interval olmaqla hazırlanmalıdır. Tezis Abzassız, sola istiqamətlənmiş şəkildə tərtib edilməlidir. Göndərilən tezis word.doc formatında saxlanılmalıdır.

 Konfransa göndərilən tezislərin strukturu aşağıdakı kimi olmalıdır:

  1. Tezisin adı (yağlı),
  2. Müəllif(lər)in adı, soyadı, atasının adı (sadə),
  3. Müəssisənin adı (tam şəkildə), şəhər,ölkə, tezis üçün məsul müəllifin elektron poçtunun ünvanı, (Müəllif(lər) müxtəlif elmi müəssisələrdən olduğu təqdirdə, hər bir müəssisə yuxarı registrdə rəqəmlərlə ifadə edilməlidir. Müəlliflərin adları yalnız bir tezisdə birinci göstərilə bilər).
  4. Açar sözlər: 5 söz və ya söz birləşməsi,
  5. Tezisin mətni aşağıdakı hissələri ehtiva etməlidir: Giriş, Tədqiqat metodu,Tədqiqatın nəticəsi və müzakirəsi, İstinad (ehtiyac olduğu təqdirdə 2-3 ədəbiyyat),
  6. Tezislərdə elmi yenilik, səmərəlilik və faydalılıq olmalıdır. Konfransa göndərilən tezislər elmi heyət tərəfindən qiymətləndiriləcək və seçiləcəkdir,
  7. Tezislər azərbaycan, ingilis və ya rus dillərində təqdim edilə bilər.
  8. Tezislərin qəbulu üçün son tarix: 05 dekabr 2019-cu ildir. Tezislər [email protected] elektron ünvanına göndərilməlidir.
  9. Tezislərin qəbuluna dair 10 dekabr 2019-cu il tarixinədək məlumat veriləcəkdir.

 Konfransın tematikası:

  • Botaniki axtarışlar: sistematika və təkamül 
  • Botanika elminin müxtəlif istiqamətlərinin müasir vəziyyəti
  • Müasir botanikada innovativ metodlar və yanaşmalar
  • Müasir botaniki kolleksiyalar: onların saxlanılması, inkişafı və məlumat təminatı
  • Mikologiya və bitki patalogiyası, yeni çağırışlar   

 Nümunə

 Göbələklərin tədqiqində yeni yanaşmalar

Aynur C. Baxşiyeva, Elgün H. Mustafabəyli

1AMEA Botanika İnstitutu, Badamdar şossesi 40, Bakı, Azərbaycan

2 Bakı Dövlət Universiteti, Akademik Zahid Xəlilov küçəsi - 23, Bakı, Azərbaycan

aynur@hotmail.com

 Açar sözlər: biomüxtəliflik, ex situ, mühafizə, ultrastruktur, DNT ardıcıllığı

 Tezsisin mətni

 Lazım olduğu halda müəllif Minnətdarlıq qeyd edə bilər.