Şöbə müdiri:

Biologiya elmləri doktoru, dosent Qurbanova İnna Musa qızı

Əsas fəaliyyət istiqamətləri

Fotosintez. Fotosistemlərin zədələnmə və adaptasiya mexanizmləri.
Stres zədələnmə amillərinin (fotozədələnmə, yüksək temperatur, duzluluq, ağır metallar Al3+, Mn2+, Cd2+, Co2+, Ni2+, Zn2+, Cu2+) təsiri zamanı bitkilərin davamlılığının hüceyrə və molekulyar mexanizminin tədqiqi;
Bir sıra protektorların və stabilizatorların köməyi ilə xloroplastların membran sisteminin stabilizasiya və adaptasiya təbiətinin öyrənilməsi;
Membranlara həssas olan makrolakton birləşmələrin fiziki-kimyəvi xüsüsiyyətləri və tənzimedici mexanizminin tədqiqi.

Əsas elmi nəticələri

Xloroplastlarda piqment fondunun vəziyyətinə Cu2+ ionunun təsiri 24, 48 və 72 saat ekspozisiyalarının bütün pH mühitlərində tədqiq edilmişdir. Protektor kimi adaçayı yarpaqları (Folia Salvia officinalis), şirin biyan kökü (Radix glycyrrhizae) və relikt bitki olan Danae racemosa yarpaqlarının istifadəsi müxtəlif ekspozisiyalarda daha yaxşı aktivliyə malik olmuşdur. Tədqiq olunan infroqırmızı spektrlərin nəticələri göstərdi ki, istifadə edilən ekstraktların tərkibinə daxil olan fenol birləşmələrdə məhz OH-qrupu ilə assosiasiya olunmuş aromatik (C-C) rabitələrin valent rəqsləri piqmentləri oksidləşdirici stresdən müdafiə edir. Tərkibində flavonoid olan adaçayı və şirin biyan kökü ekstraktları ilə müqayisədə əsası plümbagin olan bioloji aktiv kompozisiyalar (BAK), daha çox Na-askorbat oksigenin reaktiv formalarını neytrallaşdırır, fotosistem 2-nin elektron nəqliyyat zəncirində oksidləşmə-reduksiya reaksiyaları arasında tarazlığın saxlanmasında mühüm rol oynayır. Xl a-nın msan GF-nın flüoressent xüsusiyyətləri göstərmişdir ki, FS II-nin MV ilə zədələnməsi Na-askorbat ilə bərpa olunur. ENZ-nin donor tərəfində elektronların əsas xinon akseptor QA ötürülməsi zamanı əsas yük ayrılması reaksiyası bərpa olunur. Göstərilmişdir ki, de novo D1 zülalının sintezinin pozulması FS 2-nin reaksiya mərkəzini inaktivasiya edir və yeni mərkəzlərin sintezini zədələyir. Bu da flüoressent xassələrin dəyişkənliyinə gətirib çıxarır. PAAQ elektroforez metodu ilə müəyyən edilmişdir ki, metilviologenin və xloramfenikolun təsirindən asılı olaraq, zülal spektlərinin dəyişkənliyinə gətirib çıxarır. Göstərilmişdir ki, zülal zonaları arasında korelyasyon dəyişikliklər və elekton nəqliyyat zəncirinin vəziyyəti Xl a-nın msan gecikmiş flüoressensiyasının stasionar fazasının artımı ilə baş verir.
Tədqiqat işlərinin aparılmasının əsas məqsədi quruluşca müəyyən olan kanalyaradıcı polien antibiotiklərdən (PA) istifadə edərək lipid membranlarinda yranan polien kanalların yığılıb açılması və bağlanması mexanizmini tədqiq etməkdən ibarətdir. Laboratoriyada antibiotiklərin müxtəlif törəmələrin iştirakı ilə ion kanallarının molekulyar dinamikası və fiziki-kimyəvi xüsusiyyətləri tədqiq edilmişdir. Bu istiqamətdə polien antibiotiklərin və onların törəmələri təsiri altında klonogen hüceyrələrdə proliferasiya prosesinin öyrənilməsi böyuk rol oynayır. Onların sırasında  Hela və S6 hüceyrə kulturlarda  levorin və metillevorin bu prosesi dayandırılmışdı. İlk dəfə olaraq levorin A və onun törəmələrinin klonogen şiş hüceyrələrinin proliferasiya prosesinin dayandırılması 70 % müşahidə olunmuşdur. Bu nəticənin tibbdə elmi-praktiki əhəmiyyəti vardır və yeni antikanserogen preparatlarının aşkar olunmasına gətirə bilər. Alınan  nəticələr yeni çap işlərdə öz əksini tapacaqlar. Bundan əlavə hal-hazırda bir sıra bakterial və göbələk ştamlarında amfoterisin və levorinin (törəmələri ilə) təsiri müxtəlif hüceyrə kulturlarda öyrənilir. Bu iş əməkdaşlar tərəfindən davam olmaqdadır.

İşçilərin ümumi sayı 9
Tel. (+99412) 538 15 70
Elektron poçtu inna.kurbanova@yahoo.com