Şöbə müdiri:

Biologiya üzrə fəlsəfə doktoru Qədimov Ələddin Həsən oğlu

Əsas fəaliyyət istiqamətləri Müxtəlif torpaq-iqlim şəraitlərində bir sıra qida əhəmiyyətli dənli paxlalı bitkilərin inkişafına və məhsuldarlığına abiotik amillərin təsirinin araşdırılması, aradan qaldırılması və şoranlaşmış ərazilərin fitobərpası.
Əsas elmi nəticələri

Şoranlı gillicə-qumsal torpaqlarda kalium hummatın təsirindən İnək noxudu bitkisi (Vigna unguiculata (L) Walp) ilə  Rhizobium leguminosarum bakteriyası arasında effektiv simbioz formalaşmış və nitratreduktaza fermentinin aktivliyi yüksəlmişdir.
Müxtəlif növ yem bitkilərində duza cavab reaksiyalarının xüsusiyyətləri və adaptasiya reaksiyalarının növün duzadavamlılığından asılı olması aydınlaşdırılmışdır.
Prolinin miqdarı ilə qalofitizm dərəcəsi arasında əlaqə aşkar edilmişdir.

İşçilərin ümumi sayı 8
Tel.  
Elektron poçtu agadimov@mail.ru