Monoqrafiyada bitkilərin fotosintez fəaliyyətində mühüm rol oynayan karboanhidraza fermentinin tədqiqinə aid böyük orijinal material və ədəbiyyat məlumatları öz əksini tapmışdır. Əsas diqqət ali bitkilərin karboanhidraza fermentinin struktur- funksional təşkilinə yönəldilmişdir. Bu fermentin dördüncü quruluşunun molekulyar modeli təklif olunmuşdur. Bitki karboanhidrazasının təsir mexanizmi müzakirə edilmişdir. Bitkilərdə karboanhidrazanın hüceyrədaxili lokalizasiyası və fizioloji rolu haqqında məlumatlara baxılmışdır.
     Bitki biokimyaçıları və fizioloqları üçün nəzərdə tutulur.