Monoqrafiyada buğda dəninin keyfiyyətinin yaxşılaşdırılma yollarınının öyrənilməsi üzrə çoxillik tədqiqatların nəticələri nəzərdən keçirilir. Zülal kompleksinin tərkibi xarakterizə olunur, bitkilərin morfofizioloji əlamətlərindən asılı olaraq onun formalaşma xüsusiyyəti aydınlaşdırılır.
     Keyfiyyət göstəriciləri əsasında ilkin seleksiya materialını qiymətləndirmək üçün ayrı-ayrı zülal fraksiyalarının xüsusiyyətlərinə əsaslanan yeni kompleks fiziloji-biokimyəvi yanaşma yolları əsaslandırılır və buğda toxumçuluğunun seleksiyasında onların istifadə imkanları nəzərdən keçirilir, alınan nəticələrin Azərbaycan Respublikasının istehsalat şəraitində intensiv əkin texnologiyalarında yüksək keyfiyyətli buğda dəni əldə etmək üçün praktiki istifadə yolları müzakirə olunur.