Kitabda çoxillik təcrübələr və ədəbiyyat məlumatları əsasında soyanın yüksək və keyfiyyətli məhsulunun formalaşmasının fotosintez xüsusiyyətləri göstərilmişdir. Soyanın müxtəlif genotiplərinin fotosintez əlamətlərinin sortların xüsusiyyətləri və yetişmə şəraitləri ilə qarşılıqlı əlaqəsinin müqayisəli qiymətləndirilməsinin nəticələri nəzərdən keçirilir, yüksəkməhsuldar sortları xarakterizə edən morfofizioloji göstəricilər təhlil edilir. Məqsədyönlü seleksiya üçün soyanın optimal fiziolomorfoloji modeli haqqında nəticələr irəli sürülür. Yüksəkməhsuldar sortların yaradılması yolları müzakirə edilir. 
Bioloqlar, bitkiçiliklə məşğul olanlar, seleksiyaçılar üçün nəzərdə tutulur.