Bu kitab canlı aləmin əsasını təşkil edən bioloji müxtəlifliyin mühafizəsi, öyrənilməsi və istifadəsi kimi aktual məsələlərdən bəhs edir. Burada biomüxtəliflik anlayışına, onun struktur və səviyyələrinə, qanunauyğunluqlarına, inkişaf meyillərinə, tükənmə təhlükələri və mühafizə metodlarının şərhinə geniş yer verilmişdir. Nəşr biologiya, ekologiya, coğrafiya, kənd təsərrüfatı ixtisasları üzrə təhsil alan tələbələr, ali və orta məktəb müəllimləri, biomüxtəliliyin mühafizəsi və səmərəli istifadəsi ilə bağlı sahələrdə çalışan mütəxəssislər üçün nəzərdə tutulmuşdur.