AMEA Botanika İnstitutunun Elmi Əsərlərinin XXXVII cildi üçün məqalə qəbulu başladı
23 Oktyabr 2017

     AMEA Botanika İnstitutunun Elmi Əsərlərinin XXXVII cildi üçün 23 oktyabr 2017-ci il tarixindən məqalə qəbulu başladı. Məqalə qəbulu üçün son gün 01 dekabr 2017-ci il tarixidir.
     Müasir tələblərə uyğun olaraq əsərlərin bu cildi gənc doktorant və dissertantlarla birgə təqdim edilən məqalələr üçün nəzərdə tutulub. Məqalə yalnız ingilis dilində yazılmalı, 5-6 səhifədən çox olmamalı və təlimata uyğun hazırlanmalıdır. Məqalələr seçilmiş rəyçilərə göndəriləcək və müsbət rəy alındığı təqdirdə dərc ediləcəkdir.
     Təlimat üçün bura klikləyin.
     Daha ətraflı məlumat üçün ulker.m92@hotmail.com ünvanına müraciət edə bilərsiniz.