Avropa Tədqiqat Şurası elmi tədqiqatçılar üçün qrantlar elan edir
10 Yanvar 2019

     Avropa Tədqiqat Şurası (European Research Council, ERC) tədqiqatçılar üçün müxtəlif elm sahələrində yeni imkanlar və istiqamətləri müəyyənləşdirməyə imkan verən qrantlar təqdim edir.

     ERC-nin məqsədi rəqabətli maliyyələşdirmə yolu ilə Avropada keyfiyyətli tədqiqatları təşviq etmək və elmi mükəmməllik əsasında bütün sahələr üzrə tədqiqatçıların apardıqları elmi araşdırmaları dəstəkləməkdir.

     Qeyd edək ki, ERC Avropadakı digər milli tədqiqat maliyyə qurumlarını dəstəkləyir və Avropa Birliyinin 2014-2020-ci illər üzrə tədqiqat proqramı olan “Horizon 2020”nin əsas flaqmanıdır.

     Qrantlar barədə ətraflı məlumatla https://erc.europa.eu/ linkində tanış olmaq mümkündür.