Şöbə müdiri:

Biologiya üzrə fəlsəfə doktoru, dosent Şəkər Cəlal qızı Muxtarova

Əsas fəaliyyət istiqamətləri Azərbaycanın dəniz, su, quru ekosistemlərinin alqoloji və lixenobrioloji növlərinin inventarlaşması, onların yayılma yollarının müəyyən edilməsinin öyrənilməsi; herbari və alqoteka fondunun yeni növlərlə zənginləşdirilməsi.
Əsas elmi nəticələri

Azərbaycanın kontinental sututarlarında 428 yosun növü aşkar edilmiş, onlardan 99 növ Qafqaz üçün, 245 növ isə Azərbaycan üçün ilk dəfə qeyd edilmişdir.
Xəzər dənizində ilk dəfə olaraq göy-yaşıl yosunlardan 37 yeni növ Xəzər dənizi üçün aşkar olunmuşdur.
Azərbaycan lixenoflorası üçün ilk dəfə olaraq 30, Qafqaz üçün isə - 10 takson aşkar olunmuşdur.
Göy-göl Dövlət qoruğu üçün 126 növ  yarpaq-gövdəli mamır ilk dəfə olaraq göstərilmişdir.

İşçilərin ümumi sayı 7
Tel. (+994 12) 502 49 34
Faks (+99412) 971-99-45
Elektron poçtu shakar.mukhtarova@mail.ru