Oxucunun diqqətinə təqdim edilmiş kitabda bitkilərin tilakoid membranı və piqment-zülal komplekslərinin struktur və molekulyar təşkili haqqında müasir məlumatlar şərh olunmuşdur. Əldə edilmiş nəticələr, ilk növbədə, fotosintez zamanı günəş enerjisinin udulması və transformasiyası mexanizmlərinin aydınlaşdırılması üçün nəzəri əhəmiyyət kəsb edir. Sadalanan nəticələrin bir hissəsi ilk dəfə alınmışdır və onların bəziləri sonradan davam etdirilmişdir. Təqqiqatların nəticələri piqment-zülal komplekslərinin assosiatları əsasında işıq enerjisinin praktiki istifadə prinsiplərinin işlənib hazırlanması üçün əsas ola bilər. Ali bitkilərdən piqment-zülal komplekslərinin ayrılmasının modifikasiya olunmuş metodları sadəliyi, əlverişli istifadə olunması ilə fərqlənir və yaxşı təkrar olunur.
     Kitab biokimyaçılar, biofiziklər və bitki fizioloqları üçün nəzərdə tutulmuşdur.