Arxiv
AMEA Botanika İnstitutu “Azərkosmos” ASC tərəfindən elan edilmiş müsabiqənin qalibi olub
15.11.2017

     AMEA Botanika İnstitutu “Azərkosmos” ASC tərəfindən elan edilmiş “Yer səthinin  məsafədən müşahidəsi xidmətlərinin təşviqi” müsabiqəsinin qalibi olub. Müsabiqədə Botanika İnstitutu V.Əlizadənin rəhbərliyi ilə həyata keçirilən  “Qərbi Xəzərin orta hissəsinin (Azərbaycan hüdudları daxilində -  Muğanlı, Qobustan, Sanqaçal və Nabranın Xəzər sərhədi) dənizkənarı ekosistemlərinin bitkiliyinin yayılmasının elektron xəritələrinin tərtibi və antropogen təsiri üzrə inteqral GİS-in yaradılması” layihəsi ilə iştirak etmişdir.

     Qalib layihə çərçivəsində İnstituta “Azərkosmos” ASC tərəfindən Azərbaycanın son aerokosmik görüntüləri və elektron xəritələri təqdim olunacaq, institutun əməkdaşları tərəfindən çöl tədqiqatları  və zəruri çöl axtarış işləri aparılacaqdır.