Arxiv
“Botaniki tədqiqatlarda yeni çağırışlar” adlı elmi konfrans keçiriləcək
10.04.2018

AMEA Botanika İnstitutunun və Azərbaycan Botaniklər Cəmiyyətinin birgə təşkilatçılığı ilə 20-21 iyun 2018-ci il tarixlərində akademik Vahid Cəlal oğlu Hacıyevin 90 illiyinə həsr edilmiş “Botaniki tədqiqatlarda yeni çağırışlar” adlı elmi konfransın keçirilməsi nəzərdə tutulur. Konfransda iştirak etmək arzusunda olanlar onlayn qeydiyyatdan keçməli və məqaləni 15 may 2018-ci il tarixindən gec olmamaqla təşkilat komitəsinə ([email protected]) göndərməlidir.

Konfransın proqramı 15 iyun 2018-ci il tarixində AMEA Botanika İnstitutunun internet saytında (www.botany.az) yerləşdiriləcəkdir.

 

KONFRANSA GÖNDƏRİLƏN MƏQALƏNİN YAZI QAYDALARI

 

Təşkilat komitəsi tərəfindən qəbul edilmiş məqalələr Azərbaycan Botaniklər Cəmiyyətinin elmi əsərləri toplusunda (II cild) çap ediləcəkdir.

Məqalənin həcmi 3 səhifədən (A4) çox olmamalıdır. Məqalə üç dildə (azərbaycan, ingilis, rus), word.doc formatında, “Times New Roman” şrifti ilə keql 11, sətirarası 1 interval olmaqla yazılmalı, kənarlardan sağ tərəfdən 15 mm, digər üç tərəfdən 25 mm məsafə buraxılmalıdır. Məqalə sola istiqamətlənmiş şəkildə tərtib olunmalıdır.

Məqalənin strukturu aşağıdakı kimi olmalıdır:

  1. Başlıq yağlı şriftləkeql 12 olmalıdır.
  2. Müəllif(lər)in adı və soyadı tam göstərilməlidir.
  3. Müəssisənin adı (tam şəkildə), şəhər,ölkə, müəllif(lər)in elektron poçtunun ünvanı

(Müəllif(lər) müxtəlif elmi müəssisələrdən olduğu təqdirdə, hər bir müəssisə yuxarı registrdə rəqəmlərlə ifadə edilməlidir. Müəlliflərin adları yalnız bir məqalədə birinci göstərilə bilər).

  1. Açar sözlər (5-dən çox olmamalı)
  2. Məqalənin mətni aşağıdakı hissələrdən ibarət olmalıdır
  • Giriş
  • Tədqiqat metodu
  • Tədqiqatın nəticələri və müzakirəsi
  • İstinadlar
  • Xülasələr (məqalənin dilindən asılı olaraq: məqalə azərbaycan dilində olduqda xülasələr ingilis və rus dillərində)
  1. Məqalədə elmi yenilik, səmərəlilik və faydalılıq olmalıdır. Konfransa göndərilən məqalələr elmi heyət tərəfindən qiymətləndirilərək seçiləcəkdir.
  2. Məruzələr (şifahi və poster) azərbaycan, ingilis və rus dillərində təqdim edilə bilər.
  3. Konfransa təqdimatlar (poster) azərbaycan, ingilis və ya rus dillərində ola bilər.
  4. Məqalə göndərmək üçün ilkin olaraq web səhifəsində (botany.az) qeydiyyatdan keçmək lazımdır.
  5. Məqalələrin qəbulu haqqında məlumat hər bir iştirakçının qeydiyyatdan keçdiyi zaman göstrədiyi e-mail ünvanına göndəriləcəkdir.
  6. Konfransda iştirak və məqalələrin qəbulu üçün son tarix: 15 may 2018-ci ildir. Məqalələr ([email protected])  elektron ünvanına göndərilməlidir.
  7. Məqalələrin qəbuluna dair 21 may 2018-ci il tarixindək məlumat veriləcəkdir.

 

Nümunə