Botanika İnstitutunun kiçik elmi işçisi Aydan Zeynalova COMSTECH (İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə Daimi Komitəsi) tərəfindən təşkil olunan "İslam dünyasında əlverişli biosimilyar və yeni bitki mənşəli dərmanların istehsal imkanları” adlı vebinarda iştirak etmişdir. Təşkil olunmuş vebinarın məruzəçisi, Dünya Elmlər Akademiyasının tədqiqatçısı, Prof. Dr. Ahmed Abdullah Azad olmuşdur. Tədqiqatçı öz çıxışında İslam ölkələrinin əməkdaşlıq edə biləcəyi çox perspektivli sahələrə (dərman kəşfi və təkmilləşdirilməsi) nəzər salmış və İslam ölkələrində geniş istifadə olunan generik (yeni aşağı molekul kütləvi dərman vasitələrinin dəqiq sintetik nüsxələri) dərman vasitələri haqda geniş məlumat vermişdir. Bundan başqa məruzəçi İslam İnkişaf Bankı tərəfindən dəstəklənən COMSTECH-in İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrdə dünya səviyyəli biomolekulyar tədqiqatların aparılmasında dəstək verə biləcəyini qeyd etmişdir. Vebinarın sonunda Aydan Zeynalova COMSTECH-in ümumi koordinatoru, Prof. Dr. M. İqbal Choudhary tərəfindən sertifikata layiq görülmüşdür.