Arxiv
Botanika İnstitutunun mütəxəssisi – “MDB-nin ən yaxşı gənc alimi – 2020” siyahısında
10.12.2020

AMEA Botanika İnstitutunun kiçik elmi işçisi Aydan Zeynalova Kazaxstanın Nursultan şəhərində keçirilən Beynəlxalq Tələbələr Birliyi və "Bobek" Assosiyasıyası tərəfindən təşkil olunan Müstəqil Dövlətlər Birliyinin elm və təhsil müəssisələri arasında "MDB-nin Gənc Alimi - 2020" beynəlxalq layihənin iştirakçısı olub. Layihənin nəticələrinə əsasən A. Zeynalovanın təqdim etdiyi məqalə münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib və sertifikata layiq görülüb. Məqalə MDB ölkələrinin "Ən Yaxşı Gənc Alim - 2020" II Beynəlxalq Kitab Nəşrində çap olunub. A. Zeynalovanın elmi rəhbəri professor Eldar Novruzov gənc alimə göstərdiyi dəstəyə görə təşəkkür məktubu ilə təltif edilib.