Arxiv
Elm Gününə həsr olunan “Magistr-2019” müsabiqəsinin nəticələri açıqlanıb
27.03.2019

    Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2018-ci il tarixli Sərəncamı ilə ölkəmizdə “Elm Günü” təsis edilib. Həmin Sərəncama əsasən, hər il 27 mart tarixində bu əlamətdar günün qeyd edilməsi qərara alınıb.

     Elm Günü çərçivəsində keçirilən tədbirlər planına əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasında təhsil alan tələbələr arasında “Magistr-2019” müsabiqəsi keçirilməsi barədə AMEA prezidenti tərəfindən sərəncam imzalanıb. Müsabiqədə AMEA-nın 35 magistrantı iştirak edib.

     Müsabiqəyə təqdim olunan işlərin qiymətləndirilməsi məqsədilə AMEA prezidentinin sərəncamı ilə Ekspert Komissiyası yaradılıb. Ekspert Komissiyası qiymətləndirmə zamanı bir sıra meyarları, o cümlədən tələbələrin DİM tərəfindən keçirilən magistraturaya qəbul imtahanında topladıqları balları, onların imtahan sessiyalarında qazandıqları ümumi orta müvəffəqiyyət göstəricilərini, yerli və xarici jurnallarda nəşr olunan elmi məqalələrini, təcrübə keçmədə iştiraklarını, elmi tədqiqat layihələrində, konfrans  və s. tədbirlərdə