Arxiv
AMEA Botanika İnstitutunun gənc mütəxəssisi “RSCI Biliciləri” adlı beynəlxalq yarışmanın qalibi olub
28.12.2020

AMEA Botanika İnstitutunun gənc mütəxəssisi Aydan Zeynalova Clarivate Analytics şirkəti tərəfindən təşkil olunan  və Web of Science platformasında yerləşən məlumat bazalarından biri olan RSCI (Russian Science Citation Index) dair elmi nəşrlərlə bağlı bilgilərə həsr olunmuş “RSCI Biliciləri” (“Знатоки RSCI”) adlı beynəlxalq yarışmanın 5-ci həftəsində iştirak etmişdir. Ümumilikdə yarışmada Azərbaycan, Belarusiya, Qazaxıstan, Qırğızıstan, Rusiya və Ukraynadan 127 nümayəndə mübarizə aparmış və 6 iştirakçı qalib seçilmişdir. A.Zeynalova 3 ölkə daxilində (Azərbaycan, Belarusiya və Qazaxıstan) aparılan mübarizədə qalibiyyət qazanmışdır. Qaliblərə Clarivate Analytics şirkəti tərəfindən mükafatlar təqdim olunacaq.

https://www.youtube.com/watch?v=2_eS-_OLDqc&feature=youtu.be

https://clarivate.com/ru/web-of-science/rsci_quiz/