Botanika İnstitutunun Ekosistemlərin fitososiologiyası laboratoriyasının elmi işçisi Şəbnəm İsayeva Türkiyənin Recep Tayyip Erdoğan Universitetinin təşkilatçılığı ilə keçirilən II Beynəlxalq Biomüxtəliflik Tədqiqatları Simpoziumunda (2nd International Symposium on Biodiversity Research, ISBR2020) iştirak edib. Simpozium Google onlayn görüş platforması olan 'Google Meet' tətbiqi üzərindən keçirilib.
Gənc tədqiqatçı simpoziumun "Diversity of Plant species, Systematics and Phylogeny" sessiyasına aid olan "Comparative Analysis of the Flora of Mud Volcanoes Alyat (Azerbaijan)" mövzusunda məruzə edib. Sonda Ş.İsayeva simpoziumun kordinatoru Prof. Dr. Nurhayat Özdəmir tərəfindən sertifikata layiq görülüb.