Botanika İnstitutunun “Mikologiya laboratoriyası”nın baş laborantı Yaqut Yusifova NHS Şotlandiyanın səhiyyə və sosial xidmətlərini göstərən təşkilat tərəfindən təşkil olunan “Tibbi Laboratoriyalarda Avtomatizasiyanın Faydaları ” adlı vebinarda iştirak edib.
Vebinarda Biokimya laboratoriyasının müdiri Ann Milne və Biotexnologiya üzrə baş elmi işçi, Hematologiya laboratoriyasının müdiri Paul Drew laboratoriyada aparılan tədqiqatlar zamanı baş verən problemlər və həmin problemlərin həlli yolları haqqında geniş məruzə ediblər. Tədqiqatçının laboratoriyada qarşılaşdığı çətinliklərin avtomatlaşdırılımış əlverişli həllinə dair məlumat verilib. Sonda vebinarda fəal iştirakına görə Yaqut Yusifovaya sertifikat təqdim olunub.