Arxiv
AMEA Botanika İnstitutunda magistrantların attestasiyası keçirilib
15.02.2021

AMEA-nın Botanika İnstitutunda “Botanika, Mikologiya, Ətraf mühitin idarə olunması və bioloji monitorinq, Bitki fiziologiyası” ixtisasları üzrə I və II kursda  təhsil alan magistrantların attestasiyası keçirilib.

Attestasiya Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadənin sədrliyi ilə keçirilib. Attestasiya Komissiyasının üzvləri II kurs magistrantların dissertasiya işlərinin gedişatı ilə tanış olublar.

Tədbirdə magistrantların qış imtahan sessiyasının nəticələri, fərd iş planlarında nəzərdə tutulan elmi-tədqiqat işlərinin yerinə yetirilmə vəziyyəti, dərc olunan məqalələrin sayı, elmi konfranslarda iştirak, nəzəri və çöl tədqiqatlarına aid məsələlər müzakirə edilib.

Attestasiya Komissiyasının qərarı ilə magistrantlar növbəti semestrə keçirilib.