Yeni BMBF çağırış “Bridge2ERA EaP”:
https://www.bmbf.de/foerderungen/bekanntmachung-2475.html
Çağırışın məqsədi HORİZON 2020 və ya HORİZON Europe proqramı üçün layihələrin hazırlanmasını maliyyələşdirməkdir.
- Çağırış 06.12.2019-cu il tarixinə qədər açıq olacaq, daxil olan müraciətlər mütəmadi qiymətləndiriləcək.
- Maliyyə forması: səfər xərcləri, işçi toplantılar/layihə görüşləri: (az miqdarda tələbə dəstəyi).
- Maksimum maliyyə: 40 000 Avro (Almaniyadan kiçik və orta sahibkarlar cəlb edildikdə 50 000 Avro).
- Maliyyə müddəti: 2 ilə qədər.
- Çağırış Almaniya və Şərq Tərəfdaşlığı ölkələrinin tədqiqat və inkişaf üzrə mütəxəssisləri arasında əməkdaşlıq layihələrini maliyyələşdirmək üçündür.
- Müraciətlər Alman tərəfindən Şərq Tərəfdaşlığı ölkələrindən ən azı bir tərəfdaş olmaqla təqdim edilməlidir.
- Maliyyələşmə üçün mövzular:
Horizon 2020 İctimai Problemlər
- Sağlamlıq, Demoqrafik Dəyişiklik və Rifah
- Ərzaq Təhlükəsizliyi, Davamlı Kənd Təsərrüfatı və Meşəçilik, Dəniz Donanması,
Dənizçilik və Daxili Su Tədqiqatı, Bioiqtisadiyyat
- Təhlükəsiz, təmiz və səmərəli enerji
- Ağılli, yaşıl və İnteqrasiya olunmuş nəqliyyat
- İqlim fəaliyyəti, ətraf mühit, resurs səmərəliliyi və xammal
- Dəyişən dünyada Avropa – İnklusiv, innovative və reflektiv cəmiyyətlər
- Təhlükəsiz cəmiyyətlər – Avropanın və onun vətəndaşlarının təhlükəsizliyinin və azadlığınım mühafizəsi
Horizon 2020 Sənaye Liderliyi - Stimullaşdırıcı və Sənaye Texnologiyasında liderlik
- İnformasiya və Kommunikasiya Texnologiyaları
- Nanotexnologiyalar, Qabaqcıl Materiallar, Qabaqcıl İstehsal və Emal, Biotexnologiya
Horizon 2020 Mükəmməl elm – Marie Skłodowska-Curie fəaliyyəti
- İnnovative Təlim Şəbəkələri (ITN)
- Tədqiqat və İnnovasiya Əməkdaş Mübadiləsi (RISE)
Horizon 2020 Mükəmməl elm – Avropa Tədqiqat Şurası (ERC)
Horizon 2020 Mükəmməl elm – Tədqiqat İnfrastrukturları, e-Infrastrukturlar daxil olmaqla
Horizon 2020 Mükəmməlliyin yayılması və İştirakın genişləndirilməsi
- İştirakın genişləndirilməsi yanaşması üzrə Tədbirlər