Almaniya Federal Təhsil və Elmi Tədqiqat Nazirliyi tərəfindən Şərq Tərəfdaşlığı ölkələri üçün HORİZON 2020 programına layihə hazırlanması üzrə çağırış elan edilir
30 Oktyabr 2019

Yeni BMBF çağırış “Bridge2ERA EaP”: 

https://www.bmbf.de/foerderungen/bekanntmachung-2475.html

 Çağırışın məqsədi HORİZON 2020 və ya HORİZON Europe proqramı üçün layihələrin hazırlanmasını maliyyələşdirməkdir.

  • Çağırış 06.12.2019-cu il tarixinə qədər açıq olacaq, daxil olan müraciətlər mütəmadi qiymətləndiriləcək.
  • Maliyyə forması: səfər xərcləri, işçi toplantılar/layihə görüşləri: (az miqdarda tələbə dəstəyi).
  • Maksimum maliyyə: 40 000 Avro (Almaniyadan kiçik və orta sahibkarlar cəlb edildikdə 50 000 Avro).
  • Maliyyə müddəti: 2 ilə qədər.
  • Çağırış Almaniya və Şərq Tərəfdaşlığı ölkələrinin tədqiqat və inkişaf üzrə mütəxəssisləri arasında əməkdaşlıq layihələrini maliyyələşdirmək üçündür.
  • Müraciətlər Alman tərəfindən Şərq Tərəfdaşlığı ölkələrindən ən azı bir tərəfdaş olmaqla təqdim edilməlidir.
  • Maliyyələşmə üçün mövzular:

 Horizon 2020 İctimai Problemlər

  • Sağlamlıq, Demoqrafik Dəyişiklik və Rifah
  • Ərzaq Təhlükəsizliyi, Davamlı Kənd Təsərrüfatı və Meşəçilik, Dəniz Donanması,

Dənizçilik və Daxili Su Tədqiqatı, Bioiqtisadiyyat

  • Təhlükəsiz, təmiz və səmərəli enerji
  • Ağılli, yaşıl və İnteqrasiya olunmuş nəqliyyat
  • İqlim fəaliyyəti, ətraf mühit, resurs səmərəliliyi və xammal
  • Dəyişən dünyada Avropa – İnklusiv, innovative və reflektiv cəmiyyətlər
  • Təhlükəsiz cəmiyyətlər – Avropanın və onun vətəndaşlarının təhlükəsizliyinin və azadlığınım mühafizəsi

 Horizon 2020 Sənaye Liderliyi - Stimullaşdırıcı və Sənaye Texnologiyasında liderlik

  • İnformasiya və Kommunikasiya Texnologiyaları
  • Nanotexnologiyalar, Qabaqcıl Materiallar, Qabaqcıl İstehsal və Emal, Biotexnologiya

 Horizon 2020 Mükəmməl elm – Marie Skłodowska-Curie fəaliyyəti

  • İnnovative Təlim Şəbəkələri (ITN)
  • Tədqiqat və İnnovasiya Əməkdaş Mübadiləsi (RISE)

 Horizon 2020 Mükəmməl elm – Avropa Tədqiqat Şurası (ERC)

 Horizon 2020 Mükəmməl elm – Tədqiqat İnfrastrukturları, e-Infrastrukturlar daxil olmaqla

 Horizon 2020 Mükəmməlliyin yayılması və İştirakın genişləndirilməsi

  • İştirakın genişləndirilməsi yanaşması üzrə Tədbirlər