İl: 2018-2020 Elmi-texniki əməkdaşlığa dair razılaşma 
Məqsəd:

Bitki mənşəli təbii birləşmələrin kimyəvi tərkibi və farmakoloji xüsusiyyətlərinin öyrənilməsi üzrə birgə elmi-tədqiqat işlərinin aparılması, Botanika Bağları, o cümlədən təbii floradan toplanmış toxum və əkin materialı kolleksiyasının mübadiləsi; təbii flora və perspektiv dərman bitkilərinin xammal ehtiyatının öyrənilməsi üzrə birgə ekspedisiyaların təşkili, Qazaxıstan və Azərbaycanın bitki florasının öyrənilməsi üzrə birgə nəşrlərin hazırlanması, təbii birləşmələrin kimya, botanika, biotexnologiya sahəsində cavan mütəxəssislərin mübadiləsi