Plant & Fungal Research 

AR ETN Botanika İnstitutunun beynəlxalq elmi jurnalıdır. Əvvəllər AMEA Botanika İnstitutunun Elmi Əsərləri kimi tanınırdı, 1936-cı ildən dərc olunub. Hal-hazıradək Elmi Əsərlərin 37 cildi çap olunmuşdur.

Plant & Fungal Research  jurnalı 2018-ci ildən  Elmi Əsərlərin davamı kimi ildə 2 dəfə ingilis dilində çap olunur. 

Çap ödənişsizdir.

Bu jurnal botanika və mikologiyanın müxtəlif aspektlərinə aid, o cümlədən ümumi məsələlər, taksonomiya, floristika, bitkiçilik elmi, ekologiya, təkamül biologiyası, flora və bitkiçiliyin coğrafiyası və tarixi, habelə bitki və göbələklərin morfologiyası, anatomiyası, fiziologiyası, biokimyası, hüceyrə və molekulyar biologiyasının müxtəlif aspektlərinə töhfə verən məqalələri ehtiva edir.

Jurnal Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 19 fevral 2019-cu il tarixində mətbu nəşrlərinin reyestrinə daxil edilmişdir.

Mətbu nəşrlərin reyestrinə daxil edilmə nömrəsi: 4221

http://plantfungalres.az/en/