AMEA-nın magistraturasına qəbul olunmaq istəyən bakalavrların nəzərinə!
Dövlət İmtahan Mərkəzi tərəfindən AMEA-nın magistraturasına Azərbaycan və rus bölmələri üzrə birgə olmaqla dövlət sifarişi əsasında tələbə qəbulu aparılır.
Cari ildə müvafiq proqramlar üzrə magistraturaya qəbul imtahanında iştirak edərək dövlət sifarişi üzrə ixtisaslaşma seçiminə buraxılmaq üçün minimal tələbləri ödəyən və AMEA-nın magistraturasına qəbul olunmaq istəyən bakalavrlar 9-12 iyun 2017-ci il tarixlərində DİM-in rəsmi internet saytında qeydiyyatdan keçməlidirlər.
Qeydiyyatdan keçmiş bakalavrlar ixtisaslaşma seçimi etməzdən əvvəl 13, 14 və 16 iyun 2017-ci il tarixlərində saat 10:00-dan 17:00-dək AMEA-nın müvafiq elmi müəssisələrində müsahibədən keçməlidirlər.