AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
Biologiya və Tibb Elmləri Bölməsi
Dendrologiya İnstitutu
Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyalarının (BEAA) təşkilatçılığı ilə MDB ölkələrinin Botanika Bağları Cəmiyyətinin IV Qurultayı “İqlim dəyişkənliyinin bitki biomüxtəlifliyinə təsiri” mövzusunda Beynəlxalq Elmi Konfrans
Birinci məlumat məktubu
HÖRMƏTLİ HƏMKARLAR!
Sizi BEAA təşkilatçılığı ilə MDB ölkələrinin Botanika Bağları Cəmiyyətinin IV Qurultayı və “İqlim dəyişkənliyinin bitki biomüxtəlifliyinə təsiri” mövzusunda Beynəlxalq Elmi Konfransda iştirak etməyə dəvət edirik.
Qurultayın keçirilmə tarixi: 17-18 sentyabr 2017-ci il.
Konfransın keçirilmə tarixi: 19-21 sentyabr 2017-ci il.
Keçirilmə yeri: Azərbaycan Milli Elmlər Akademiyası Dendrologiya İnstitutu.
Ünvan: Azərbaycan, Bakı ş., Mərdəkan qəs., AZ 1044, S.Yesenin küç. 89. ([email protected])
TƏŞKİLATÇILAR:
- Azərbaycan Milli Elmlər Akademiyası Dendrologiya İnstitutu
- Rusiya Elmər Akademiyası N.V.Sisin adına Baş Botanika Bağı
- Belarusiya Milli Elmlər Akademiyası Mərkəzi Botanika Bağı
- Qazaxıstan Milli Elmlər Akademiyası Baş Botanika Bağı
- Qırğızıstan Respublikası Milli Elmlər Akademiyası Y.Z.Qareyev adına Botanika Bağı
- Ukrayna Milli Elmlər Akademiyası N.N.Qrişko adına Beynəlxalq Botanika Bağı
QURULTAY VƏ KONFRANSIN TƏŞKİLAT KOMİTƏSİ:
- Demidov Aleksandr Sergeyeviç -b.e.d., BEAA üzrə MDB ölkələrinin Botanika Bağları Cəmiyyətinin sədri (Rusiya)
- Reşetnikov Vladimir Nikolayeviç -b. e.d., Belarusiya Botanika Bağları Cəmiyyətinin sədri, Belarusiya MEA-nın akademiki
- Titok Vladimir Vladimiroviç — b.e.d., MDB ölkələrinin Botanika Bağları Cəmiyyətinin büro üzvü, Belarusiya MEA MBB-nın direktoru
- Məmmədov Tofiq Sadıq oğlu -b. e.d., MDB ölkələrinin Botanika Bağları Cəmiyyətinin büro üzvü, AMEA Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü
- Sitpayeva Gülnarə Tokbergenovna -b. e.d., MDB ölkələrinin Botanika Bağları Cəmiyyətinin büro üzvü, Qazaxıstan Botanika və Fitointroduksiya İnstitutunun baş direktoru
- Axmatov Mədət Kenjebayeviç -b.e.d., Qırğızıstan MEA E.Z.Qoreev adına Botanika bağının direktoru
- Koropaçinski İqor Yuryeviç -b. e.d., Rusiya EA Mərkəzi Sibir şöbəsinin Mərkəzi Botanika bağı
- Zaimenko Natalya Vasilyevna -b. e.d., Ukrayna MEA M.M.Qrişko adına Milli Botanika bağının direktoru
BÖLMƏLƏR:
- Qlobal iqlim dəyişkənliyinin biomüxtəlifliyə və bioloji ehtiyatlara təsiri
- Ətraf mühit çirkləndiricilərinin iqlim dəyişkənliyinə təsiri
- İqlim dəyişkənliyinin növlərin yayılmasına təsiri
- Bitkilərin biomüxtəlifliyinin in vitro, in situ, ex situ şəraitində öyrənilməsi və biomüxtəlifliyin qorunmasının hüquqi-normativ bazası
- Təbii və antropogen amillərin biomüxtəlifliyə təsiri
- Biomüxtəlifliyin qorunma problemləri
- İqlim dəyişkənliyinin landşaft memarlığına təsiri
QURULTAY VƏ KONFRANSIN DİLİ:
Azərbaycan, rus, ingilis
Məqalələrin son qəbul tarixi — 31 iyul 2017-ci il
Son qeydiyyat tarixi — 15 avqust 2017-ci il
MƏQALƏLƏRİN TƏRTİBAT QAYDALARI
1.Məqalənin həcmi: səhifə — 5-6, ölçü — 12, şrift — Times New Roman, interval -1, format — A4 World, sol tərəfdən — 3 sm, digər tərəflər — 2 sm.
2.Məqalənin adı böyük hərflərlə (şrift 14, qalın), müəlliflərin adları (şrift 12, qalın) yazılmalıdır.
3.Annotasiya rus və ingilis dilində 30-60 sözdən çox olmayaraq və açar sözlər (5-8 söz).
4.Cədvəllər, diaqramlar və qrafiklər aydın görünməli, sıra ilə nömrələnməlidir, şrift 11.
5.Məqalənin tərtibatı: giriş, tədqiqatin məqsədi, materiallar və metodlar, müzakirə və nəticələr, ədəbiyyat siyahisi (orijinal dildə).
6.E-mail: [email protected]; [email protected].
Konfransın mövzularına uyğun olmayan materiallar qəbul edilməyəcək.
QEYDİYYAT FORMASI
Soyadı, adı, atasının adı (tam) | |
İştirak forması (əyani və ya qiyabi) | |
Elmi dərəcəsi, elmi adı | |
İş yeri | |
Tutduğu vəzifə | |
Poçt ünvanı | |
Elektron poçt ünvanı | |
Telefon | |
Məruzənin adı | |
Konfransın istiqaməti (bölmə) | |
ƏLAQƏ NÖMRƏLƏRİ:
Tel: (+994 12) 4543012 , (+994 12) 4541500, (+994 12) 4546062
Faks: (+994 12) 4540374
http://dendrologiya.az/?page_id=3060