Azərbaycan Milli Elmlər Akademiyası “Magistr-2018” müsabiqəsini elan edir
01 Mart 2018

Azərbaycan Milli Elmlər Akademiyası “Magistr-2018” müsabiqəsini elan edir

AMEA-nın prezidenti, akademik Akif Əlizadənin müvafiq sərəncamına əsasən, akademiyada “Magistr-2018” müsabiqəsi elan olunur.

Müsabiqənin keçirilməsində əsas məqsəd AMEA-da magistratura təhsilini daha da təkmilləşdirmək, magistrantların elmi nailiyyətlərinin və yaradıcılıq potensialının artırılmasına dəstək vermək, təhsildə, elmdə yüksək nəticələr göstərən, intellekti və bacarığı ilə fərqlənən istedadlı gəncləri həvəsləndirməkdir.

Müsabiqədə AMEA-nın magistraturasında təhsil alan tələbələr iştirak edə bilərlər. Yekunda ən yüksək nəticə göstərmiş üç magistrant mükafatlandırılacaq. Qaliblərin mükafatlandırılması onların hər birinə müvafiq diplom verilməklə aşağıdakı qaydada aparılacaq:

I yer – 1500 manat;

II yer – 1000 manat;

III yer – 500 manat.

Müsabiqədə iştirak etmək üçün magistrantlar Ərizə formasını müəyyən olunmuş qaydada doldurub (ərizələr müvafiq institutun təhsil şöbəsinin rəhbəri və elmi katibi tərəfindən təsdiq olunmalıdır) təhsil aldığı institutun direktorunun müşayiət məktubu ilə birlikdə 2018-ci il aprelin 13-dək AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinə təqdim etməlidirlər.

İştirakçı ərizələri 12 ölçülü Arial şrifti ilə, 1 intervalla doldurulmalıdır. Uyğun məlumat olmadığı təqdirdə müvafiq bölmə boş saxlanılır. Ərizələr elektron formada (CD və ya DVD)  və kağız üzərində təqdim olunmalıdır.

Ünvan: AZ1143, Bakı ş., H.Cavid pr., 31.

Tel.: (+994 12) 539 20 35, (+994 12) 537 23 97.

Email: [email protected] (elektron məktubda mövzu yerində “Magistr-2018 müsabiqəsi üçün” qeyd olunmalıdır).